DataLife Engine > Xəbər > Deputat Lənkəranski ilə qohumluğundan, Qulinin "vor"luğundan DANIŞDI

Deputat Lənkəranski ilə qohumluğundan, Qulinin "vor"luğundan DANIŞDI


21-02-2019, 00:19. Yerləşdirdi: Tural Deputat Lənkəranski ilə qohumluğundan, Qulinin "vor"luğundan DANIŞDI





Milli Məclisin deputatı Cavanşir Paşazadə sosial şəbəkələrdə və ümumiyyətlə gənclər arasında qanuni oğruların qəhrəman kimi təqdim olunması ilə bağlı suala cavab verib.

Xalqinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, millət vəkili hesab edib ki, bu doğru yanaşma deyil.

O açıqlamasında Lənkəranın millət vəkili kimi, qanuni oğru Rövşən Canıyevə olan sevgisini gizlətməyib və əksinə onun qətlində adı hallanan Lotu Quli haqqında bu cür şərh verib:

“Rövşən Lənkəranski ilə həmkəndliyəm, haradasa qohumluğumuz çatır, hələ atası, babası ilə şəxsi münasibətlərimiz vardı, amma bunun məsələyə aidiyyatı yoxdur. Məsələn, bu gün mətbuatı açanda az qala hər yerdə qarşımıza "Lotu Quli” haqqında xəbərlər çıxır. Lotu Quli olub Brejnev, Reyqan... O nə edib axı? Biz niyə onu gənclərimiz, uşaqlarımız üçün təbliğ edirik? Bu, hansı normaya uyğundur. Mən belə şeylərin təbliğinə doğru baxmıram”.

Millət vəkili sosial şəbəkədən istifadə etmədiyini, amma bütün xəbər saytlarını yaxından izlədiyini qeyd edib.
Geri qayıt