DataLife Engine > Xəbər > Avtomobil dərəyə yuvarlandı:

Avtomobil dərəyə yuvarlandı:


4-12-2014, 16:22. Yerləşdirdi: Esi Avtomobil dərəyə yuvarlandı:Ağsu- Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nətiəclənən avtomobil qəzası baş verib.Xalqinfo.az milli.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 13 radələrində Kürdəmir ilə İmişli rayonlarının sərhədində yerləşən Kür körpüsünün ətəyində qeydə alınıb.

Qorxmaz Musayev sükan arxasında olduğu “VAZ 2107” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən idarə etməni itirib. Avtomobil yoldan çıxaraq kənardakı dərəyə yuvarlanıb. Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər Ayşən Musayeva və Əlizamin Nəsibov xəsarət alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt