DataLife Engine > Xəbər > Hərbçilər Madurodan üz döndərirlər

Hərbçilər Madurodan üz döndərirlər


2-02-2019, 23:25. Yerləşdirdi: Tural Hərbçilər Madurodan üz döndərirlər





Venesuela Hərbi Hava Qüvvələri generalı Fransisko Esteban Yanes Rodriqes özünü müvəqqəti prezident elan edən müxalifət lideri Xuan Quaydonu dəstəkləyib.

Xalqinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

General bəyan edib ki, “patriot və demokrat qüruru ilə” Quaydonu prezidentin səlahiyyətlərini icra edən şəxs kimi tanıyır və onun əmrlərini yerinə yetirməyə hazırdır.

Yanes Rodriqes həmçinin ölkənin hazırkı prezidenti Nikolas Maduronu diktator adlandırıb və qeyd edib ki, şəxsi heyətin 90 faizi onu dəstəkləmir.

General silah yoldaşlarını “Venesuela xalqına arxa çevirməməyə” çağırıb.


Geri qayıt