DataLife Engine > Xəbər > AXCP-nin Novxanıdakı yürüşü ilə bağlı

AXCP-nin Novxanıdakı yürüşü ilə bağlı


1-02-2019, 00:12. Yerləşdirdi: Tural AXCP-nin Novxanıdakı yürüşü ilə bağlı






Bu gün əvvəlcə Azərbaycan Xalq Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 - ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər.

Bu barədə Unikal.org-a Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd etmişlər. Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Geri qayıt