DataLife Engine > Xəbər > Yol Polisi qəzaların sayını AÇIQLADI -

Yol Polisi qəzaların sayını AÇIQLADI -


17-01-2019, 20:12. Yerləşdirdi: Tural Yol Polisi qəzaların sayını AÇIQLADI -










Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi nəticəsində günün ikinci yarsına kimi, paytaxtda maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikasın açıqlayıb.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Xalqinfo.az -a bildirib ki, günün ikinci yarsına kimi, paytaxt Bakıda 4 yol nəqliyyat hadisəsi baş verib. V.Əsədov əlavə edib ki, günün ikinci yarısına kimi yol və metroloji şərait nəzərə alınmadığı üçün dörd xüsusi maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb: "Bir maneə vurma, üç toqquşma hadisəsidir. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb".

Vaqif Əsədov havaların yağıntılı, küləkli keçməsi ilə əlaqədar piyadalara və sürücülərə müraciət edib: "Hazırkı hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçıları – piyadalar və sürücülər yollarda diqqətli və həssas olmalıdırlar. Hər birimiz yollarda məsuliyyətli olmaqla ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq. Sürücülərə müraciət edirik ki, sürət həddini şəraitə uyğun seçsinlər”.
Geri qayıt