DataLife Engine > Xəbər > Nazirlik güclü küləklə bağlı məlumat yaydı

Nazirlik güclü küləklə bağlı məlumat yaydı


17-01-2019, 15:55. Yerləşdirdi: Tural Nazirlik güclü küləklə bağlı məlumat yaydı





Bu gün səhər saatlarında dənizdəki dalğanın hündürlüyü "Günəşli" neft yatağında 3,8 metrə çatıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərərgahdan verilib.

Məlumata əsasən, 17 yanvar saat 06:00-da şimal-qərb küləyi Bakıda 24 m/san, Abşeron yarımadasında 26 m/san, arabir 30 m/saniyədək şiddətlənib, dalğanın hündürlüyü "Günəşli" yatağında 3,8 metrə çatıb.

Xatırladaq ki, iki gün öncədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında şiddətli külək olacağı barərə xəbərdarlıq etmişdi.

***

Saat 09:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30-35 m/saniyədək şiddətlənib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir.

***

17 yanvar saat 12:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.

Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

***

17 yanvar saat 15:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb.

Dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir. Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti aran rayonlarda 4-6 dərəcə isti təşkil edir.
Geri qayıt