DataLife Engine > Xəbər, BLOK XƏBƏR > Bakıda məktəb binası yanır -

Bakıda məktəb binası yanır -


4-12-2014, 11:13. Yerləşdirdi: Esi Bakıda məktəb binası yanır -Bakıda orta məktəbdə baş verən yanğın söndürülüb.

apa-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın məktəbin qazanxanasında meydana gəlib. Yanğına qazanxananın qaz borularında baş verən nasazlıq səbəb olub. Yanğının tədris binasına keçməsinin qarşısı alınıb.

Orta məktəbdə dərs bərpa olunub.
Bakıda məktəb binası yanır -Bakıda məktəb binası yanır -

11:16

Bakıda orta məktəb binası yanır.

apa-nın məlumatına görə, hadisə Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 73 ünvanında yerləşən 102 saylı orta məktəb binasında meydana gəlib. Yanğınla əlaqədar orta məktəbin müəllim və şagirdləri təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, yanğının qarşısını almaq üçün hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Geri qayıt