DataLife Engine > Xəbər > Sürət həddi endirildi

Sürət həddi endirildi


3-01-2019, 19:49. Yerləşdirdi: Tural Sürət həddi endirildi





Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında və Zığ dairəsi Hava limanı istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.


Bakı Nəqliyyat Agentliyindən “Xalqinfo”ya daxil olan məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

BNA sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edir.
Geri qayıt