DataLife Engine > Xəbər > Bayram günlərində Azərbaycanda hava necə olacaq?

Bayram günlərində Azərbaycanda hava necə olacaq?


27-12-2018, 14:36. Yerləşdirdi: Tural Bayram günlərində Azərbaycanda hava necə olacaq?





Azərbaycanda bayram günlərinə olan ilkin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənXalqinfo.az -a verilən məlumata görə, dekabrın 31-də Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq.

Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.
Geri qayıt