DataLife Engine > Xəbər > Xəzər rayonunda yol hərəkəti qaydaları təbliğ edilir

Xəzər rayonunda yol hərəkəti qaydaları təbliğ edilir


26-12-2018, 14:11. Yerləşdirdi: Tural Xəzər rayonunda yol hərəkəti qaydaları təbliğ edilir





Dünən Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 181 və 156 saylı tam orta məktəblərdə şagird və müəllim kollektivinin iştrakı ilə “Yol hərəkəti qaydaları" mövzusunda növbəti geniş profilaktiki və marifləndirici tədbir keçirilib.

Xalqinfo.az xəbər verir ki, tədbir Xəzər RPİ-nin rəhbərliyi tərəfindən təşkil olunub.
Tədbirdə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Xəzər RPİ-nin DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Rafiq Məmmədov, Xəzər RPİ-nin əməkdaşları Samir Ağayev, Xəyalə Həsənova və Aysel Abdullazadə yol hərəkəti qaydalarına riayət olunması barədə videoçarxlar təqdim edərək şagirdlərə öz tövsiyyələrini veriblər. Şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı sualları cavablandırılıb, onlara yol hərəkəti qaydalarına aid elementar biliklər izah olunub. Yol qəzalarında uşaqların daha çox zərər çəkdiyi qeyd olunub və bu kimi halların qarşısının alınması üçün atıllan addımlardan bəsh edilib.
Xəzər RPİ tərəfindən rayon ərazisində bu mövzuda mütəmadi olaraq belə tədbirlər keçirilməkdədir.

Geri qayıt