DataLife Engine > Xəbər > ATMU-da ikitəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair görüş keçirildi

ATMU-da ikitəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair görüş keçirildi


10-12-2018, 14:07. Yerləşdirdi: Tural ATMU-da ikitəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair görüş keçirildi






Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsinin “Kommunikasiya və Karyera” şöbəsi və Bakı Mühəndislik Universitetinin (BMU) “Müəssisələrlə əlaqələr və karyera” departamenti əməkdaşları arasında görüş olub.

Xalqinfo.az xəbər verir ki, gündəmdəki görüş zamanı əsasən tələbə və məzunlar arasında əlaqələrin yaradılması və inkişafı, adıçəkilən universitet məzunlarının sənaye müəssisələrilə işgüzar münasibətlərinin möhkəmləndirilməsi, təyinatı üzrə vaxtaşırı karyera və sərgilərin keçirilməsi və s məsələlər üzrə fikir mübadiləsi aparılıb.

İştirakçılar ikitəfli əməkdaşlığın tələbə-məzunlar üçün səmərəli olacağına inam ifadə ediblər.
Geri qayıt