DataLife Engine > Xəbər > Bakının mərkəzində qaz borusu partladı - Yanğın başladı

Bakının mərkəzində qaz borusu partladı - Yanğın başladı


14-11-2018, 16:29. Yerləşdirdi: sefa Bakının mərkəzində qaz borusu partladı - Yanğın başladı
Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində yanğın baş verib.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, hadisəyə səbəb həmin ərazidən keçən qaz borusundakı sızma olub.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, yanğın artıq söndürülüb:

"Təbriz küçəsində qaz borusunda sızma olub. Əraziyə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunaraq yanğın söndürülüb".

İ.Kərbəlayevin sözlərinə görə, yaşayış evləri yanğından mühafizə edilib, hadisədə xəsarət alan olmayıb.


Geri qayıt