DataLife Engine > Xəbər, BLOK XƏBƏR, MANŞET > Daha bir süpürgəçini maşın vurub öldürdü

Daha bir süpürgəçini maşın vurub öldürdü


8-11-2018, 11:13. Yerləşdirdi: sefa Daha bir süpürgəçini maşın vurub öldürdü
Daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürüb.

Xalqinfo.az xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb:

“Piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 90 DX 135 “Hunday” markalı avtomobil 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Təəssüf ki, qadın hadisə yerində dünyasını dəyişib”.

V.Əsədov bildirib ki, sürücü Şirinov Murğuz Yavər oğludur. Faktla bağlı araşdırma başlayıb.

***

Səhər saatlarında Bakının “Neftçilər” metrostansiyası yaxınlığında süpürgəçi qadını maşın vurub.

Xalqinfo.az xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, servis maşınının törətdiyi qəza nəticəsində təxminən 50 yaşlarında olan qadın dünyasını dəyişib.


Şəfa Rasimqızı
www.xalqinfo.az
Geri qayıt