DataLife Engine > Xəbər > Bakıda mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı -

Bakıda mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı -


7-11-2018, 21:50. Yerləşdirdi: sefa Bakıda mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı -
Bir qədər əvvəl paytaxtın Bülbül və Ü. Hacıbəyov küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, qəza nəticəsində svetofor dirəyi və idarəetmə qutusu zədələnib:

"Bu səbəbdən də hazırda Səməd Vurğun küçəsi ilə Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələri ilə kəsişməsində, Bülbül prospektinin Neftçilər prospekti, Xəqani, Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələri ilə kəsişməsində, Səid Rüstəm və Ziya Bünyadov küçələrinin kəsişməsindəki svetoforların fəaliyyətində problem yaranıb. Hazırda svetoforların fəaliyyətinin bərpası üçün zəruri tədbirlər görülür".

BNA rəsmisi sürücülərdən nəqliyyat vasitəsini ehtiyatla, digər mövcud nişanların tələbinə riayət etməklə və ən əsası digər hərəkət iştirakçılarına qarşı anlayışla idarə etmələrini xahiş edir.

Bakıda mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı -
Bakıda mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı -
Bakıda mərkəzi küçələrdə işıqforlar sıradan çıxdı -
Geri qayıt