DataLife Engine > Xəbər, BLOK XƏBƏR, MANŞET > Prezidentlər şəhəri gəzdi - Bakı sakinləri ilə söhbət etdilər

Prezidentlər şəhəri gəzdi - Bakı sakinləri ilə söhbət etdilər


16-09-2018, 16:32. Yerləşdirdi: sefa Prezidentlər şəhəri gəzdi - Bakı sakinləri ilə söhbət etdilərDünən Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən hərbi paraddan sonra Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla şəhər gəzintisinə çıxıb.

Xalqinfo.az xəbər verir ki, prezidentlər öncə Qız qalasının qarşısında paradda iştirak edən əsgərlərlə söhbət ediblər və xatirə fotosu çəkdiriblər.

Burada əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını tutmuş əhali Əliyev və Ərdoğanı böyük coşqu ilə qarşılayıblar, ölkələrimizin qardaşlığı ilə bağlı şüarlar səsləndiriblər. Dövlət başçıları paytaxt sakinləri söhbətləşib.

Prezidentlər daha sonra Bakı bulvarını gəziblər.
Geri qayıt