DataLife Engine > Xəbər, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM > Ermənistandan təxribat - Dinc sakinlər atəşə tutuldu

Ermənistandan təxribat - Dinc sakinlər atəşə tutuldu


15-09-2018, 09:20. Yerləşdirdi: sefa Ermənistandan təxribat - Dinc sakinlər atəşə tutulduSentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib.

Xalqinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən tərəfi xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub.

Hərbi qulluqçular və əhali arasında xəsarət alan olmayıb. Bəzi evlərə, sakinlərin əmlakına və mülki infrastruktura ziyan dəyib.
Geri qayıt