DataLife Engine > Xəbər > Rza Zərrab Nyu-Yorkda yad qadınla restoranda -

Rza Zərrab Nyu-Yorkda yad qadınla restoranda -


12-09-2018, 07:43. Yerləşdirdi: sefa Rza Zərrab Nyu-Yorkda yad qadınla restoranda - İrana tətbiq edilən sanksiyaların pozulması ittihamı ilə ABŞ-da məhkəməsi davam edən cənubi azərbaycanlı iş adamı Rza Zərrab Nyu-Yorkda “Nobu” suşi restoranında görülüb.

Xalqinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir qadınla şam edən iş adamı paparassiləri görüncə narahat olub. Zərrab dərhal restoranı tərk edib.

Xatırladaq ki, 2014-cü ildən haqqında araşdırmalara başlanan Rza 2016-cı ildə ailəsi birlikdə ABŞ-a gedərkən saxlanılmışdı. O, əvvəlcə ona qarşı irəli sürülən 6 ittihamı qəbul etməsə də, daha sonra nəzərdə tutulan 135 illik cəzasının azaldılması üçün həm ittihamları qəbul etmiş, həm də “Xalqbank”ın keçmiş direktor köməkçisi Mehmet Hakan Atilla əleyhinə ifadə vermişdi.

Qeyd edək ki, Rza müğənni Ebru Gündeşlə ailəlidir.

Rza Zərrab Nyu-Yorkda yad qadınla restoranda -
Geri qayıt