DataLife Engine > Xəbər > Şagirdlərə dərsliklər paylanılır

Şagirdlərə dərsliklər paylanılır


3-09-2018, 16:57. Yerləşdirdi: Tural Şagirdlərə dərsliklər paylanılır




Sentyabrın 3-dən şagirdlər dərslikləri təhsil aldıqları ümumtəhsil müəssisəsindən əldə edə bilərlər.

Təhsil Nazirliyindən Unikal.org-a bildiriblər ki, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə bir tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən dörd ildir.

Xatırladaq ki, yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 milyon 726 min 29 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.
Geri qayıt