DataLife Engine > Xəbər > Azərbaycanın cənub bölgəsində ardıcıl ikinci dəfə zəlzələ olub

Azərbaycanın cənub bölgəsində ardıcıl ikinci dəfə zəlzələ olub


28-08-2018, 22:23. Yerləşdirdi: Tural Azərbaycanın cənub bölgəsində ardıcıl ikinci dəfə zəlzələ olub





Azərbaycanın cənub bölgəsində ardıcıl ikinci dəfə zəlzələ olub.


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:04:03-də Lerikdə - Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə qeydə alınıb.

Maqnitudası 3,7 bal gücündə, dərinliyi 12 kilometr olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bundan əvvəl Lerik rayonunda 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Geri qayıt