DataLife Engine > Xəbər > Hava yenə soyuyur:

Hava yenə soyuyur:


17-08-2018, 12:36. Yerləşdirdi: Tural Hava yenə soyuyur:







Növbəti iki gün ərzində havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcək.

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, avqustun 18-19-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir:

"Bəzi yerlərdə leysan xarakterli yağışların yağacağı ehtimalı var".

G.Məmmədova bildirib ki, növbəti günlərdə ölkə ərazisində şimal qərb küləyi əsəcək, arabir güclənəcək.
Geri qayıt