DataLife Engine > Xəbər > Baş prokuror vətəndaşlarla görüşəcək

Baş prokuror vətəndaşlarla görüşəcək


8-08-2018, 17:02. Yerləşdirdi: Tural Baş prokuror vətəndaşlarla görüşəcək




Baş prokuror Zakir Qaralov avqustun 17-də saat 10:00-da vətəndaşlarla görüşəcək.

Baş Prokurorluqdan “Xalqinfo”ya verilən məlumata görə, Z.Qaralov Saatlı rayon prokurorluğunun inzibati binasında Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinlərinin qəbulunu keçirəcək.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Saatlı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.


Geri qayıt