DataLife Engine > Xəbər > Korrupsiya faktı aşkarlanan Təhsil Şöbəsi

Korrupsiya faktı aşkarlanan Təhsil Şöbəsi


24-11-2014, 17:00. Yerləşdirdi: Esi Korrupsiya faktı aşkarlanan Təhsil ŞöbəsiHesablama Palatasının Kollegiya iclası keçirilib
Xalqinfo.az bildirir ki, Palatadan lent.az-a verilən məlumata görə, Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Gədəbəy rayon və Şirvan şəhər icra hakimiyyətlərinə ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq qərar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında dövlət büdcəsindən Abşeron rayon Təhsil Şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsindən Azərbaycanın Mərakeşdəkı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanılmasına, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Goranboy rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair audit proqramları təsdiq edilib.

Qeyd edək ki, sentyabrda Abşeron rayon Təhsil Şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı Təhsil Şöbəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib məktəb direktorlarına qanunsuz göstərişlər verərək rayonda fəaliyyət göstərən orta məktəblərdə 20 manata alınmış məktəbli geyim formalarının 40 manata satışını təşkil etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Geri qayıt