DataLife Engine > Xəbər > 42 yaşlı qadın yoxa çıxıb -

42 yaşlı qadın yoxa çıxıb -


19-11-2014, 15:13. Yerləşdirdi: Esi 42 yaşlı qadın yoxa çıxıb -Xalqinfo.az bildirir ki, Gəncə sakini itkin düşüb. Daxili İşlər Nazirliyindən lent.az-a verilən məlumata görə, 11.06.1972-ci ildə Gəncə şəhərində anadan olmuş, şəhərin Xətai prospektində yaşayan Svetlana Kamal qızı Mayılova bu il oktyabrın 24-də günorta saatlarında evdən gedib və bir daha geri qayıtmayıb. İtkin düşmüş bu şəxsin boyu 1 metr 63 santimetr, orta köklükdə, gözləri qəhvəyi, saçları rənglənib. Evdən gedərkən əynində göy rəngli cins şalvar, ağ-qara rəngli kofta, qara gödəkçə, ayağında mavi ayaqqabı olub.
Svetlana Mayılovanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-07-73, (022) 256-52-19 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
Geri qayıt