DataLife Engine > Xəbər > İŞİD-in qızıl pulları

İŞİD-in qızıl pulları


11-11-2014, 22:44. Yerləşdirdi: Tural İŞİD-in qızıl pulları

İŞİD terorçu qruplaşması öz valyutasını dövriyyəyə buraxmağı planlaşdırır.

ans press-in məlumatına görə, terrorçuların döviyyəyə buraxacağı pul dinar adlandırılacaq.

İŞİD ərəb xilafəti dövründə olduğu kimi pulları qızıldan və gümüşdən kəsəcək.

Yeni dinarlar yaxın vaxtlarda İŞİD-in Suriyada və İraqda nəzarət etdiyi ərazilərində dövriyyəyə buraxılacaq.

Terrorçular nümunə kimi 630-cu ildə xəlifə Osmanın dövründə buraxılan pulları götürüb. O, vaxt dinar 4,3 qram həcmində qızıl pul olub. 3 qr olan gümüş pul isə dirhəm adlanıb.

İŞİD-in pul buraxma planları neft satışından əldə olunacaq gəlirlərə əsaslanır. Neftin barrelini 25-30 dollara satan İŞİD neft satışından günə 2 milyon dollar qazanır.
Geri qayıt