DataLife Engine > Xəbər, Kriminal > Gəncədə faciə: 72 yaşlı kişi evi ilə birgə yandı -

Gəncədə faciə: 72 yaşlı kişi evi ilə birgə yandı -


23-12-2017, 13:05. Yerləşdirdi: sefa Gəncədə faciə: 72 yaşlı kişi evi ilə birgə yandı - Gəncədə fərdi yaşayış evində yanğın olub.

ARB TV xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində baş verib.

Ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə, ümumi sahəsi 105 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı içəridə yaşlı kişinin meyiti aşkarlanıb. Məlum olub ki, cəsədi tapılan şəxs 72 yaşlı Qüdrət Məmmədovdur. Hadisə baş verən zaman xəstə olan ahıl kişi evdə tək olub. Onun 66 yaşlı həyat yoldaşı Səidə Məmmədova hadisə baş verməzdən öncə qaz balonunun üzərində yemək qazanını qoyaraq evdən çıxıb və dükana gedib. Bir müddət sonra qaz balonunda başlayan yanğın evi də bürüyüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt