DataLife Engine > Xəbər, BLOK XƏBƏR, MANŞET > Bakıda biznes mərkəzində bədbəxt hadisə - Yaralı fəhlə qaçırıldı

Bakıda biznes mərkəzində bədbəxt hadisə - Yaralı fəhlə qaçırıldı


21-12-2017, 19:32. Yerləşdirdi: sefa Bakıda biznes mərkəzində bədbəxt hadisə - Yaralı fəhlə qaçırıldıBakıda biznes mərkəzində bədbəxt hadisə baş verib.

Xalqinfo.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki “LUXEN” Plaza biznes mərkəzində baş verib.

Binanın fasad hissəsini təmizləyən fəhlə yuxarı mərtəbələrin şüşəsini silərkən təhlükəsizlik kəməri qırılıb və fəhlə yerə yıxılıb. Hadisə nəticəsində fəhlənin iki ayaqları sınıb, müxtəlif bədən xəsarətləri alıb.

Məlumata görə, hadisə yerinə təcili yardım briqadası çağırılsa da, otel rəhbərliyinin göstərişi ilə fəhlə təcili yardım maşını ilə deyil, “BMW” markalı şəxsi avtomobillə hadisə yerindən uzaqlaşdırılıb.

Yaralının hansı tibb mərkəzinə aparıldığı məlum deyil.
Geri qayıt