DataLife Engine > Xəbər, MANŞET > Bakıda məktəb yanır, şagird və müəllimlər təxliyyə olunublar - FOTO

Bakıda məktəb yanır, şagird və müəllimlər təxliyyə olunublar - FOTO


6-11-2014, 10:38. Yerləşdirdi: Esi Bakıda məktəb yanır, şagird və müəllimlər təxliyyə olunublar - FOTOBakıda məktəbdə yanğın başlayıb.

Xalqinfo.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, yanğın rayonunun 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə qeydə alınıb.

Yanğın zamanı məktəbdən olan şagird və müəllimlər təxliyyə edilib.

Hazırda yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində iş aparır.

***

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən anspress-ə-ə verilən məlumaat görə, 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə əvvəlcə tüstüləmə, sonra isə yanğın olub.

Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın və çox sayda canlı qüvvə cəlb olunub. Nazirliyin xilasediciləri məktəbdə 40 nəfəri təxliyyə edib. Xilasedicilərin səyi nəticəsində xəsarət alan olmayıb.

Yanğınsöndürənlər alovun qarşısını alıblar. Araşdırmalar zamanı məlum olub ki, yanğın məktəbin elektrik şitlərində qısaqapanma səbəbindən yaranıb.

Hadisənin dəqiq səbəbləri aparılacaq ekspertizadan sonra məlum olacaq.
Bakıda məktəb yanır, şagird və müəllimlər təxliyyə olunublar - FOTO
Geri qayıt