DataLife Engine > Xəbər, BLOK XƏBƏR, MANŞET > Azərbaycanla həmsərhəd ərazidə silahlı insident-

Azərbaycanla həmsərhəd ərazidə silahlı insident-


24-11-2017, 00:15. Yerləşdirdi: Tural Azərbaycanla həmsərhəd ərazidə silahlı insident-
Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda baş verən silahlı insidentin səbəbi məlum olub.
Xalqinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, mübahisə pul borcuna görə yaranıb. İnsident nəticəində iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

Məlumata görə, insidentdə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb. İnsidentlə əlaqəli 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.

***

Dağıstanın Azərbaycanla həmsərhəd ərazisində silahlı insident olub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Məhərrəmkənd rayonunda qeydə alınıb. Hadisə nəticəsində atışma olub. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir.

Qeyd edək ki, münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir. Atəş açan şəxslərdən biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaça bilib.
Geri qayıt