DataLife Engine > Xəbər > Aralıq dənizi Rusiya və ABŞ-ın hərbi bazasına çevrilib

Aralıq dənizi Rusiya və ABŞ-ın hərbi bazasına çevrilib


2-11-2017, 10:57. Yerləşdirdi: sefa Aralıq dənizi Rusiya və ABŞ-ın hərbi bazasına çevrilib

Dünyanın ən böyük dövlətlərinin onlarla savaş gəmilərinin toplaşdığı su hövzəsi sözün əsl mənasında “barıt çəlləyi”nə dönüb

Rusiya Müdafiə Nazirliyinin “Velikiy Novqorod” sualtı qayığı Aralıq dənizindən Suriyanın Deyr-əz-Zor əyalətindəki İŞİD terror qruplaşmasının vacib hesab edilən mövqelərinə və obyektlərinə “Kalibr” qanadlı raketləri ilə zərbələr endirib.

Bu, Rusiyanın Aralıq dənizindən İŞİD-i vurması ilə bağlı ilk hadisə deyil. Bundan əvvəl “Admiral Kuznetsov” gəmisindən də Aralıq dənizindən İŞİD mövqeləri bombalanmışdı. Ruslar Xəzər dənizindən də bir neçə dəfə Suriyada terrorçuların mövqelərini atəşə tutublar.

Ruslarla yanaşı, ABŞ da Aralıq dənizindən bir neçə dəfə Suriya ərazisini bombalayıb. Son olaraq 2017-ci ilin 7 aprelində ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilərdən Suriyanın Hums vilayətində yerləşən Şayrat hərbi-hava bazasını “Tomahavk” raketləri bombalamışdı.

3 qitə arasında yerləşən Aralıq dənizi tarix boyunca ən çox hərbiləşmiş su hövzələrindən biri olub. Ümumilikdə Aralıq dənizi sahillərində 22 dövlət yerləşir. Bunlar: Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniya, Xorvatiya, Monteneqro, Sloveniya, Bosniya, Albaniya, San Marino, Livan, Kipr, Malta, Suriya, Misir, Tunis, Əlcəzair və Mərakeşdir.

Ancaq qəribə də olsa Aralıq dənizində ən çox hərbi gücə malik ölkələr sırasında sahil dövlətlər deyil, ABŞ və Rusiyadır.

Qeyd edək ki, Aralıq dənizində ən çox hərbi dəniz gücünə malik olan ölkələrdən biri Türkiyədir. Aralıq dənizində Türkiyənin 20 döyüş gəmisi və 14 yardımçı gəmisi olmaqla, 34 gəmidən ibarət donanması var. Bunlardan 3-2 korvet, biri sualtı, biri hücum kateri və bir freqat tipli gəmi davamlı olaraq hərəkətdədir. Bundan başqa, Türkiyə Hərbi-Dəniz Qüvvələrinə məxsus başqa gəmilər də manevrlərdə iştirak etmək üçün Aralıq dənizinə cəlb olunur. Qeyd edək ki, ümumilikdə Türkiyə Hərbi-Dəniz Donanması 48 min nəfərdən çox şəxsi heyətə malik, 75 təyyarə, 19 freqat, 7 korvet, 14 sualtı qayıq, 108 hücum katerindən ibarətdir. Bundan başqa, Türkiyə hərbi donanmasında sahil əməliyyatları üçün nəzərdə tutulmuş 4500 nəfərlik amfibiya, SAS və SAT komandos birlikləri var.

Türkiyədən sonra Şərqi Aralıq dənizində ən çox hərbi güc Misirə məxsusdur. Təxminən 20 min şəxsi heyəti olan Misir HDQ-nin 221 gəmisi və kateri var. Bunların içərisində 4 sualtı qayıq, 8 freqat da var. Misir HDQ-nin 2 min nəfərlik sahil-mühafizə dəstəsi var.

Aralıq dənizi sahilində yerləşən müharibə dövləti İsrailin isə 3 korvet və 10 hücum katerinin olduğu ümumilikdə 64 hərbi gəmidən ibarət donanması var.

Türkiyənin qonşusu və zaman-zaman gərginlik yaşadığı Yunanıstanın hərbi dəniz qüvvələri 84 döyüş gəmisindən və 29 döyüş təyyarəsindən ibarətdir. 6 ildən çoxdur daxili müharibənin davam etdiyi Suriyanın dəniz qüvvələri 4 freqat və 40-a yaxın digər tipli gəmiləri var.

Şərqi Aralıq dənizində son illər ən aktiv hərbi güclərdən biri də Rusiyaya məxsusdur. Rusların Suriyanın Tartus limanında 1970-ci illərdən hərbi bazaları var. Bundan başqa, Rusiya HDQ-nin Qara dəniz və Baltik donanmaları vaxtaşırı Şərqi Aralıq dənizi hövzəsinə hərbi gəmi göndərir. Rusiyanın son illərdə Aralıq dənizində 13 hərbi gəmisinin keşik çəkdiyi məlumdur. Bu gəmilər zaman-zaman əvəzlənir. Hətta ötən il bir müddət Rusiyanın ən böyük və hələlik yeganə təyyarədaşıyan “Admiral Kuznetsov” gəmisi Suriya sahillərində lövbər salmışdı. Rusiyanın Aralıq dənizindəki gəmilərindən 4-ü savaş gəmisi, 9-u isə yardımçı gəmidir. Eyni zamanda 3 korvet, 2 freqat, 1 kəşfiyyat, 2 savaş və sualtı qayıq var.

Müxtəlif zamanlar Aralıq dənizində 3 hərbi gəmisi olan ABŞ HDQ tez-tez gəmilərin sayını artırır. Bu ilin fevralında ABŞ HDQ-yə məxsus və dünyada ən böyük hesab olunan “George W.H. Bush” təyyarədaşıyan gəmisini Suriya sahillərinə göndərdi. Bu gəmilərdən İŞİD-ə qarşı mübarizədə istifadə olunduğu, buradan qalxan təyyarələrin İraq və Suriyada İŞİD mövqelərini bombaladığı qeyd olunur. 2016-cı ildə isə “Dwight D. Eisenhower” təyyarədaşıyan gəmisi Aralıq dənizinə göndərilmişdi. 2015-ci ildə isə ABŞ HDQ-nin “USS Roosevelt” təyyarədaşıyan gəmisi, 3 freqat, 2 esmines, 1 elektron savaş gəmisi, 1 kəşfiyyat və 1 hava hücumundan müdafiə gəmisi bu dənizinin şərq sahillərində xidmət edib.

Aralıq dənizində Fransanın 5 gəmisi var. Bunlar 1 təyyarədaşıyan, 2 savaş, 1 freqat, 1 ədəd isə kəşfiyyat gəmisidir.

İtaliyanın isə 1 freqatı və bir sualtı qayığı olduğu bildirilir. Bundan başqa, Şərqi Aralıq dənizində İngiltərə, Belçika, İspaniya, Kanada, Portuqaliya və Hollandiyanın gəmilərinin olduğu məlumdur.

Mədəni dünyada ilk dənizçiliyin ilk dəfə yarandığı Aralıq dənizi bir zamanlar finkiya, yunan dəniz quldurları ilə qorxulu idisə, indi böyük dövlətlərin təpədən dırnağa silahlanmış hərbi gəmiləri ilə qorxu saçır.
Geri qayıt