DataLife Engine > Xəbər > Eyfel qülləsinin işıqları söndürüləcək -

Eyfel qülləsinin işıqları söndürüləcək -


16-10-2017, 17:36. Yerləşdirdi: sefa Eyfel qülləsinin işıqları söndürüləcək -
Parisdə Eyfel qülləsinin işıqları Somalidə baş vermiş terror aktının qurbanlarının xatirəsinə gecə saatlarında söndürüləcək.

Trend-in məlumatına görə, bu barədə Fransa paytaxtının meri Ann İdalqo elan edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Somalinin paytaxtı Moqadişoda törədilmiş partlayış nəticəsində 300-dən həlak olub. Şəhərin mərkəzində partlayıcı ilə doldurulmuş yük maşını partlayıb.

Ölkənin informasiya naziri Abdirəhman Osman bildirib ki, partlayış "Aş-Şabab" terror qruplaşması tərəfindən törədilib.
Geri qayıt