DataLife Engine > Xəbər > Bakı-Supsa kəmərindən neft oğurlamaq istədilər

Bakı-Supsa kəmərindən neft oğurlamaq istədilər


19-09-2017, 22:14. Yerləşdirdi: sefa Bakı-Supsa kəmərindən neft oğurlamaq istədilər
Bakı-Supsa magistral neft kəmərindən oğurluğa cəhd olub.

Apa-nın yerli bürosu Gürcüstanın İctimai televiziyasına istinadən xəbər verir ki, hadisə Gürcüstanda baş verib.

Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi tapşırıqlar departamentinin Kvemo Kartli bölgəsi üzrə əməkdaşları neft kəmərinə montaj edilmiş boru və alətlər aşkar ediblər. Hadisə yerinə “BP” şirkətinin mühafizəçiləri də baxış keçirib.

Faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, Gürcüstanda adıçəkilən neft kəmərindən oğurluğa sonuncu cəhd ötən ilin martında olub və faktla bağlı bir neçə şəxs saxlanılıb.
Geri qayıt