DataLife Engine > Xəbər > Bakıda sürücünü döyən sərnişin niyə tutulmayıb...

Bakıda sürücünü döyən sərnişin niyə tutulmayıb...


19-09-2017, 11:45. Yerləşdirdi: sefa Bakıda sürücünü döyən sərnişin niyə tutulmayıb...
Sentyabrın 18-də saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən döyülüb.

İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşko) aparılıb, onun qaşına tikiş qoyulub.

Modern.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı 19-cu polis bölməsində araşdırma aparılır. Sürücüyə xəsarət yetirən şəxs hələ ki saxlanmayıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Modern.az-a bildirib ki, sərnişin avtobusları ümumi istifadədə olan nəqliyyat vasitələridir:

“Burada hər kəsin –istər sürücünün, istərsə də sərnişinlərin mütləq şəkildə əməl etməli olduğu qaydaalr var. Kart sistemi ilə işləyən avtobuslarda qayda budur ki, sərnişin ön qapıdan minib, arxa qapıdan düşməlidir. Sürücü öz tələbində haqlı olub. Sərnişin isə qaydaları pozmağına baxmayaraq, özünü haqlı sayır. Bu azmış kimi onun oğlu da sürücüyə fiziki güc tətbiq edir. Onu təhqir etməkdən də çəkinmir”.

BNA rəsmisi qeyd edib ki, avtobuslarda müşahidə kameralarının olması vacib amildir:

“İnsidentlər məhz bu kameralar vasitəsilə vaxtında aşkar edilir və operativ şəkildə araşdırılır. Bu səbəbdən də bütün daşıyıcıları tez bir zamanda müşahidə kameralarla bağlı tələbə əməl etməyə çağırırıq”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Modern.az-a bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır:

“Şəxsin saxlanıb-saxlanmaması ilə bağlı bizdə məlumat yoxdur”.
Geri qayıt