Mingəçevirdə 2 yaşlı körpə beşinci mərtəbədən yıxılıb
17-09-2017, 23:47. Yerləşdirdi: sefa
Mingəçevirdə 2 yaşlı körpə doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin məcburi köçkün şəhərciyində baş verib. Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılıb. Xəsarət almış körpəyə tibbi yardım göstərilib. Onun həyatı üçün təhlükə olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Geri qayıt