DataLife Engine > Xəbər > Heydər Əliyev prospektində ağır qəza:

Heydər Əliyev prospektində ağır qəza:


11-09-2017, 12:43. Yerləşdirdi: sefa Heydər Əliyev prospektində ağır qəza:
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində "Mitsubishi" markalı minik avtomobili yolu keçməyə çalışan 55-60 yaşlı kişini vurub.

Sürətlə hərəkət edən avtomobilin altında qalan piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Geri qayıt