DataLife Engine > Xəbər, BLOK XƏBƏR, MANŞET > Bakıda ağır yol qəzasında xəsarət alanların adları məlum oldu - Yenilənib

Bakıda ağır yol qəzasında xəsarət alanların adları məlum oldu - Yenilənib


7-09-2017, 18:26. Yerləşdirdi: sefa Bakıda ağır yol qəzasında xəsarət alanların adları məlum oldu - Yenilənib
Bakıda ağır yol qəzası baş verib.

"Xalqinfo" SalamNews-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib. Belə ki, yolda hərəkətdə olan "Subaru" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətinin bərpasına və tıxacın aradan qaldırılmasına çalışırlar.

Qəzada ölənlərin biri Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur. Hazırda faktla bağlı araşdırma aparılır.

***

Bakıda Salyan şosesində baş verən ağır yol qəzasında xəsarət alan 3 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, yaralıların 3-ü də kişidir və bir nəfərin vəziyyəti ağırdır.

Xəsarət alanlar -1984-cü il təvəllüdlü Cəbiyev Əflatun Güləli oğlu, 1976-cı il təvəllüdlü Məmmədov Mahir Müqabil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Atilla Nazir oğludur.

Yaralılardan Mahir Məmmədov ağır kəllə beyin travması aldığından vəziyyəti ağır qiymətləndirilir və o, reanimasiya şöbəsinə yerləşdirilib.
Geri qayıt