DataLife Engine > Xəbər, Sosial > Sabah yağış yağacaq

Sabah yağış yağacaq


7-09-2017, 15:05. Yerləşdirdi: sefa Sabah yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 25-28, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 08-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.


Geri qayıt