DataLife Engine > Xəbər > Qəbələdə dağlıq ərazidə yanğın başlayıb -

Qəbələdə dağlıq ərazidə yanğın başlayıb -


1-09-2017, 11:48. Yerləşdirdi: sefa Qəbələdə dağlıq ərazidə yanğın başlayıb -
Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən son məlumata görə, yanğınların söndürülməsinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, Mülki müdafiə qoşunlarının və Şimal-qərb regional mərkəzinin canlı qüvvəsi hadisə rayonu çatmış və söndürmə işlərinə başlanıb.

09:14

Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri söndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Geri qayıt