DataLife Engine > Xəbər > Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü


25-08-2017, 20:50. Yerləşdirdi: sefa Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Kürdəxanı təcridxanasına köçürülüb.

“Xalqinfo” xəbər verir ki, bu barədə Virtualaz.org-a onun vəkili Fuad Ağayev məlumat verib.

Xatırladaq ki, daha əvvəl Yasamal Rayon Məhkəməsi Mehman Əliyev barəsində üç aylıq həbs tədbiri seçib.

“Turan”ın direktorunu 60 min manatdan yuxarı məbləğə vergi ödənişindən boyun qaçırmaqda, qanunsuz sahibkarlıqda və xidməti səlahiyyətlərdən sui-istifadədə ittiham edirlər.


Geri qayıt