DataLife Engine > Xəbər > "Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib" -

"Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib" -


24-08-2017, 21:13. Yerləşdirdi: sefa "Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib" -
Turan agentliyinin direktoru Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib. Bu barədə Turan-a vəkil Fuad Ağayev bildirib.

O, qeyd edib ki, cümə axşamı günü saat 15:00-da Apellyasiya Məhkəməsində agentliyin Nəsimi rayon məhkəməsinin agentliyin ofisində axtarış aparılması haqqında qərarından verdiyi şikayətə baxılıb.

Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İclasdan sonra müstəntiq və prokuror Əliyevə "40 dəqiqəlik dindirmə" üçün birlikdə Vergilər Nazirliyinin Vergi Cinayətləri Departamentinə getməyi təklif ediblər.

Vəkil Ağayev Əliyevə əvvəlcədən məlumatlandırılmadığına və bildiriş almadığına görə istintaq departamentinə getməkdən imtina edə biləcəyini bildirib. Amma Əliyev çəkinəcək heç nəyi olmadığına görə gedəcəyini deyib. Vəkil onunla birlikdə gedib. Vergi Cinayətləri Departamentində Əliyevi və Ağayevi bir otaqda saxlayıblar.

Saat 17:50 radələrində müstəntiq Vüsal İbadov vəkildən order istəyib. Buna cavab olaraq Ağayev Əliyev şahid qismində dindirildiyinə görə orderə ehtiyac olmadığını bildirib.

Öz növbəsində, müstəntiq bildirib ki, Əliyevin statusu "dəyişib". Cavabda vəkil artıq iş gününün sonu olduğunu və indi order təqdim edə bilməyəcəyini bildirib. Bundan sonra vəkili Departamentin binasından çıxarıblar.

Bu zaman vəkil qeyd edib ki, müstəntiq Əliyevin statusunun dəyişdiyini bildirməmişdən əvvəl hakimiyyətyönlü KİV artıq agentliyin direktorunun saxlanıldığı haqqında məlumat yayırdı.

"Bu, öz-özlüyündə Mehman Əliyevin saxlanılması barədə sifarişin hansı səviyyədə verildiyini göstərir", deyə vəkil bildirib.

"Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib" -

O, istintaqın hərəkətlərini qanunsuz adlandırıb, belə ki, vəkilin iştirakına baxmayaraq, onu hüquqi müdafiədən məhrum ediblər.

Tezliklə Əliyev özü Turan-a zəng edib və 213.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələr üzrə şübhəli şəxs statusunda saxlanıldığını bildirib.

Ona dövlət vəkili təklif ediblər, amma o, imtina edib və vəkilinin Fuad Ağayev olduğunu bildirib.

Qətimkan tədbiri seçilməsi üçün Əliyev 48 saat ərzində məhkəmə qarşısına çıxarılmalıdır.

O, ən tez cümə günü, Ağayev order aldıqdan sonra məhkəməyə çıxarılacağını güman edir.

Turan Agentliyi 37 min manat məbləğində verginin ödənilməməsi haqqında iddiaları qətiyyətlə təkzib edir və hesab edir ki, bu cinayət işi agentliyin yaradıcı kollektivinin azad peşəkar fəaliyyətinə qarşı yönəlib.
Geri qayıt