DataLife Engine > Xəbər > Azərbaycanda təqsirləndirilən şəxsə tanınmış vəkilin vəsatəti ilə bəraət verildi

Azərbaycanda təqsirləndirilən şəxsə tanınmış vəkilin vəsatəti ilə bəraət verildi


24-08-2017, 13:00. Yerləşdirdi: Tural Azərbaycanda təqsirləndirilən şəxsə tanınmış vəkilin vəsatəti ilə bəraət verildi
“Növbəti bəraət! 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən və hüquqlarını müdafiə etdiyim Mahmudov Elvin Bəxtiyar oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (cəzaçəkmə müəssisələrinin normal fəaliyyətini pozma: 5 ildən 7 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur) ilə ittiham verilərək, təqsirləndirilən şəxs qismində cəlb olunub. Tərəfimdən verilmiş vəsatət təmin olunub”.

Xalqinfo.az-in xəbərinə görə, bunu tanınmış vəkil Adəm Məmmədov bildirib.

Adəm Məmmədovun vəsatətinə əsasən, bununla bağlı araşdırma aparılıb: “Müəyyən edilib ki, müdafiə etdiyim şəxs Mahmudov Elvin Bəxtiyar oğlunun ona qarşı törədilmiş xuliqanlıq hadisəsi zamanı öz həyatı və sağlamlığını müdafiə etmək məqsədilə Emil Əlizadəyə xəsarət yetirərkən zəruri müdafiə vəziyyətində olması nəzərə alınaraq, əməlində cinayət tərkibi olmadığından onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarı və Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, hazırki cinayət işinin icraatına Mahmudov Elvin Bəxtiyar oğluna aid hissədə bəraətverici əsaslarla hissəvi xitam verilməsinə nail olduq. Eyni zamanda hüquqlarını müdafiə etdiyim Mahmudov Elvinin təqsirləndirilən şəxs qismindən zərərçəkmiş şəxs statusuna keçirilməsi barədə qərar qəbul edildi”.

Adəm Məmmədov onu da diqqətə çatdırıb ki, Mahmudov Elvin Bəxtiyar oğlunun adı əfv edilənlərlə birlikdə rəsmi saytda dərc edilməsinə baxmayaraq, sonradan adı yuxarıda göstərilən səbəblərə görə qanunsuz olaraq çıxarılıb.
Geri qayıt