DataLife Engine > Xəbər > Bakıda cərimə meydançasında avtomobillər qarət edilib

Bakıda cərimə meydançasında avtomobillər qarət edilib


23-08-2017, 12:59. Yerləşdirdi: sefa Bakıda cərimə meydançasında avtomobillər qarət edilib
Bakıda Yol Polisi İdarəsinin cərimə meydançasında saxlanılan avtomobillər qarət edilib.

APA-nın məlumatına görə, hadisə Nizami rayonu ərazisində yerləşən 11 saylı cərimə meydançasında qeydə alınıb. Qaydaları pozduqları üçün oraya gətirilən 3 ədəd “VAZ-2107” və 1 ədəd VAZ-21011” markalı avtomobillərdən səsgücləndiricilər və magnitofonlar oğurlanıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Geri qayıt