DataLife Engine > Xəbər > Ana iki azyaşlı qızı ilə birgə itkin düşdü

Ana iki azyaşlı qızı ilə birgə itkin düşdü


21-08-2017, 10:59. Yerləşdirdi: sefa Ana iki azyaşlı qızı ilə birgə itkin düşdü
Bakıda ana iki azyaşlı övladı ilə birgə itkin düşüb.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri – 1997-ci il təvəllüdlü Məhbubə Hüseynovanın azyaşlı qızları, 4 yaşlı Səltənət və 3 yaşlı Xədicə ilə birgə itkün düşmələri barədə polisə məlumat daxil olub.

Daxil olan məlumat əsasında axtarışlara başlanıb.


Geri qayıt