DataLife Engine > Xəbər > Dənizdə batan daha 2 nəfər xilas edilib

Dənizdə batan daha 2 nəfər xilas edilib


20-08-2017, 09:10. Yerləşdirdi: sefa Dənizdə batan daha 2 nəfər xilas edilib
Xəzər rayonunda dənizdə batan daha 2 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar. Əməliyyat saat 18:06-da başa çatıb.
Geri qayıt