DataLife Engine > Xəbər > Lerikdə avtomobil dərəyə aşıb -

Lerikdə avtomobil dərəyə aşıb -


19-08-2017, 18:02. Yerləşdirdi: sefa Lerikdə avtomobil dərəyə aşıb -
Lənkəran-Lerik yolunun 24-cü km-də “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq, aşıb.

Xalqinfo” APA-ya istinadən xəbər verir ki, avtoqəzada iki nəfər ölüb, iki nəfər xəsarət alıb. Ölənlərdən biri qadındır.

Hadisədə xəsarət alan iki nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda zərərçəkənlərin kimliyi müəyyənləşdirilir.

İlkin məlumata görə, qəzaya uğrayanlardan ikisi Lənkəran sakini, digər ikisi Rusiya vətəndaşıdır.

***

Lerikdə baş verən avtoqəzada ölənlərin kimliyi məlum olub.

Onlar avtomobilin sürücüsü, Lənkəranın Diryan kənd sakini, 1982-ci il təvəllüdlü Rahim İdris oğlu Fərzullayev və Rusiyanın Xabarovsk şəhərinin sakini, 1979-cu il təvəllüdlü Yelena Anatolyevna Qolbadır.

Xəsarət alanlar isə Rusiyanın Xabarovsk şəhərinin sakini, 1980-cı il təvəllüdlü İrina Suvorova Yuriyevna və Lənkəranın Biryan kənd sakini, 1968-ci il təvəllüdlü Tağı Maşallah oğlu Tağızadədir. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Lerikdə avtomobil dərəyə aşıb -
Lerikdə avtomobil dərəyə aşıb -
Lerikdə avtomobil dərəyə aşıb -
Lerikdə avtomobil dərəyə aşıb -
Geri qayıt