DataLife Engine > Xəbər, BLOK XƏBƏR, MANŞET > Rüfət Aslanlı öz adına çaxır buraxdırıb - Fotolar

Rüfət Aslanlı öz adına çaxır buraxdırıb - Fotolar


19-08-2017, 16:15. Yerləşdirdi: sefa Rüfət Aslanlı öz adına çaxır buraxdırıb - Fotolar
Fransız mətbuatı yerli məhsul olan Maison şərabının butulkasının fotosunu paylaşıb.

Xalqinfo” Haqqin.az-a istinadən xəbər verir ki, “Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən həmin şərab şüşəsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının şərəfinə buraxıldığı yazılır.

Adıçəkilən şərab şüşəsinin etiketində “Maison d'Aslanli” yazısı qeyd olunub. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzası görmək mümkündür.

Rüfət Aslanlı öz adına çaxır buraxdırıb - Fotolar

Məlumata görə, Rüfət Aslanlı nadir və kolleksiya şərablarının həvəskarıdır. Həmin şərabların 3 min avrodan 5 min avroya qədər dəyəri var. Ən maraqlısı isə etiketdə pilləkənləri qalxan gənc aslanın rəsminin yer aldığı gerbin təsviridir.

Jurnalistlər bu gerbin gizli mənasını da açıqlayıblar. Belə ki, oradaki aslan Rüfət Aslanlının soyadını əks etdirir. Pilləkənlər isə gənc məmurun “karyera nərdivanları” kimi şərh olunub.

Rüfət Aslanlı öz adına çaxır buraxdırıb - Fotolar
Geri qayıt