DataLife Engine > Xəbər > 4 il cəza alan MTN generalı şikayət etdi

4 il cəza alan MTN generalı şikayət etdi


18-08-2017, 12:05. Yerləşdirdi: sefa 4 il cəza alan MTN generalı şikayət etdi
MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərov aldığı 4 illik cəzadan narazıdır. O, barəsində olan hökmdən apelyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, apelasiya şikayəti Bakı Hərbi Məhkəməsinə təqdim edilib.

Mirəziz Əsgərov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.

Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt