DataLife Engine > Xəbər, Sosial, BLOK XƏBƏR, MANŞET > Azərbaycanda hansı səbəblərdən ailələr dağılır? - Səbəblər

Azərbaycanda hansı səbəblərdən ailələr dağılır? - Səbəblər


17-08-2017, 12:25. Yerləşdirdi: sefa Azərbaycanda hansı səbəblərdən ailələr dağılır? - Səbəblər
2017-ci ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 27 153 nikah qeydə alınıb.

Xalqinfo.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, hesabat dövründə 7287 boşanma halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 nəfər olub.

Bəs boşanmalar hansı səbəblərdən gerçəkləşir?

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Modern.az-a açıqlamasında deyib ki, boşanmaların səbəbləri müxtəlifdir.

“Kimsə boşandığını dilə gətirəndə təəccüblənmirik”

“Boşanmalar əsasən 24-29 və 30-34 yaş arası daha çoxdur. Bu da ailə qurandan sonra ilk beşlikdə özünü göstərir. Ailə quran cütlüklər həm də ailənin məsuliyyətini dərk etmirlər. “Ailə nədir?” “onu necə idarə etmək lazımdır” kimi məsələləri bilmirlər. Ya valideynlərin təhriki, ya da evlənmək xatirinə nigaha daxil olurlar. Bu gün ən dəhşətli hal odur ki, bəzi gənclər “xoşum gəlməyəcək boşanacam” fikirlərini səsləndirirlər. Bu o deməkdir ki, evliliyə sıradan bir hal kimi baxılır. Halbuki, 20-30 il bundan qabaq ətrafımızda kimsə boşananda çox narahat olurduq. Artıq indi kimsə boşandığını dilə gətirəndə təəccüblənmirik”.

“Yanaşmalar dəyişib”

Aynur Veysəlova boşanmalardan danışarkən bildirib ki, bu məsələnin qarşısının alınmasında valideyn və məktəb faktorunun da zəruriliyi vacibdir.
“Valideynlərn üzərinə çox böyük məsuliyyət düşür. Ailə qurmamışdan öncə həm oğlan, həm də qız uşaqlarını ailə dəyərlərinə alışdırmaq lazımdır. İkinci tərəf isə məktəblərin bu işə ciddi yanaşmasıdır.” Ailə sosial təsisat kimi necə qorunmalıdır” sualı ətrafında şagirdlərə nümunələr aşılanmalıdır. Təbii ki, bu hallar yeniyetmə və gənclərə aşılanır. Təəssüf ki, yanaşmalar dəyişib”.

Sosial məsələlərin boşanmalara təsiri varmı?

Komitə rəsmisi deyir ki, urbanizasiya məsələsi də boşanmalara öz təsirini göstərir.

“Məsələn, kiçik kəndlərdə yaşayanlar bir-birini tanıdığından boşanmaqdan çəkinirlər. İctimai qınaq onları boşanmaqdan çəkindirir. Böyük şəhərlərdə isə insanlar bir-birini tanımadığından və ictimai qınaq olmadığından boşanırlar. Bunun da qarşısı alınmır. Sosial səbəblərdən boşanmalar 8-ci 9-cu yerdə qərarlaşır. Tam olaraq demək olmaz ki, boşananların əksəriyyəti sosial səbəblərə görə boşanır. İkinci dünya müharibəsində insanların sosial durumu daha çətin idi. Amma nəzər salsaq görərik ki, boşanan ailələr olmayıb”
Geri qayıt