DataLife Engine > Xəbər > Nazirlik ağac kəsənləri polisə verdi

Nazirlik ağac kəsənləri polisə verdi


10-08-2017, 14:22. Yerləşdirdi: sefa Nazirlik ağac kəsənləri polisə verdi
Nazirlik və polis yasamalda ağacları kəsib qaçan şəxsləri axtarır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən axar.az-a verilən məlumata görə, nazirliyin “Qaynar Xətt”inə Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib. Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib.
Geri qayıt