DataLife Engine > Xəbər > Azərbaycanlı Gürcüstan dövlət nazirinin müşaviri təyin olunub

Azərbaycanlı Gürcüstan dövlət nazirinin müşaviri təyin olunub


24-06-2017, 11:22. Yerləşdirdi: Leyla Azərbaycanlı Gürcüstan dövlət nazirinin müşaviri təyin olunub
31 yaşlı soydaşımız Ayaz Nizami oğlu Məmmədov Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin müşaviri təyin olunub.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin Kvemo Kartli bölgəsinin Marneuli, Bolnisi, Dmanisi, Zalqa və Tetritskaro rayonlarının Vergi Müfəttişliyində baş zabit vəzifəsində işləyən A. Məmmədov Kvemo Kartli üzrə dövlət müşaviri vəzifəsində çalışacaq.

Ayaz Məmmədov İlya Çavçavadze adına Dövlət Universitetinin hüquq fakültəsini, həmçinin Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbini bitirib. Evlidir. Bir oğlu var.

Leyla Həsənova
Geri qayıt