DataLife Engine > Xəbər > 36 dərəcə isti gözlənilir

36 dərəcə isti gözlənilir


10-06-2017, 12:44. Yerləşdirdi: sefa 36 dərəcə isti gözlənilir
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

"Xalqinfo"ya daxil olan məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 29-33, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26
dərəcə isti olacağı gözlənilir.
Geri qayıt